ARDNŞ TÜRKİYƏNİN “TEKFEN İNŞAAT” ŞİRKƏTİNİN SƏHMLƏRİNİN 50 FAİZİNİ ALACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin Tekfen Holdinq firması ilə onun törəmə şirkəti olan “Tekfen inşaat”ın səhmlərinin 50 fazini satın almaq barədə razılıq əldə etmişdir.
Tekfen Holdinqin mətbuata açıqlamasında bildirilir ki, bu şirkətin səhmlərinin ARDNŞ-ə satılması ilə bağlı danışıqlar bir neçə ay əvvəl başlamışdır. Hazırda tərəflər alqı-satqı əməliyyatı üçün yekun sənədin üzərində işləyirlər.