Argentina Çindən idxalı yuanla ödəyəcək
Bakı, 27 aprel, AZƏRTAC
Argentina Çindən idxalı dollarla deyil, yuanla ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin iqtisadiyyat naziri Serxio Massa məlumat verib.
“Çinlə svop əməliyyatını aktivləşdirəcəyik ki, bu da bizə bu ölkədən idxalı yuanla ödəməyə imkan verəcək və bununla da apreldə 1,04 milyard dolları və may ayından etibarən isə 790 milyon dolları əvəz edəcək”, - deyə nazir qeyd edib.
S.Massa qeyd edib ki, ölkə tarixindəki ən pis quraqlıq səbəbindən Argentinanın ixracı 15 milyard dollar azalıb: “Bu, iqtisadi fəaliyyət və istehsal üçün əsas olan material və malların idxal səviyyəsini saxlamaq üçün ehtiyatlarımızı qorumağı çətinləşdirdi”.
Onun sözlərinə görə, Çinlə ticarətdə yuana keçid Argentinaya daha çox “azadlıq” verəcək və ehtiyatlarını gücləndirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]