Argentinada altı qubernator prezidentin təklif etdiyi paktı imzalamayıb
Bakı, 9 iyul, AZƏRTAC
Argentina Prezidenti Xavyer Mileyin ölkənin inkişaf prinsipləri haqqında paktı 17 qubernator və Buenos-Ayresin meri tərəfindən imzalanıb.
AZƏRTAC xəbər verir ki, Argentinanın Müstəqillik Gününə təsadüf edən imzalama mərasimi San-Migel-de-Tukuman şəhərində baş tutub.
Mediada yayılan məlumatlara görə, La Pampa, La Rioxa, Tierra-del-Fueqo, Santa-Cruz, Formosa və ölkənin ən böyük əyaləti olan Buenos-Ayresin qubernatorları tədbirdə iştirak etməyiblər.
Sənəddə, digər məsələlərlə yanaşı, xüsusi mülkiyyətin toxunulmazlığı, dövlət xərclərinin ÜDM-in 25 faizinədək azaldılması, əyalətlərin maliyyələşdirilməsi sistemində dəyişikliklər və açıq beynəlxalq ticarət prinsipləri yer alıb.
Xavyer Miley əvvəlcə paktı mayın 25-də qeyd edilən İnqilab Günündə imzalamağı planlaşdırsa da, həmin vaxtadək qubernatorlarla konsensusa gəlmək mümkün olmayıb.
2023-cü il dekabrın 10-da prezidentlik fəaliyyətinə başlayan Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırmış və iqtisadiyyatın şok tədbirlərinə ehtiyacı olduğunu bildirmişdi. Dövlətin iqtisadiyyata minimal müdaxiləsinin tərəfdarı olan siyasətçi iqtisadi problemlərinin həllini xərcləri azaltmaqla büdcə kəsirindən xilas olmaqda görür.
Argentina Katolik Universitetinin apardığı tədqiqatın nəticələrinə əsasən, yeni hökumətinin şok tədbirləri fonunda, bu ilin birinci rübündə ölkədə yoxsulluq səviyyəsi 49,5 faizdən 55 faizə yüksəlib. Eyni dövrdə işsizlik göstəricisi 5,7 faizdən 7,7 faizədək artıb, ümumdaxili məhsul isə 5,1 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]