ARİF MƏLİKOVUN MÜƏLLİF GECƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, M.Maqomayev adına Azərbaycan Dövləi Filarmoniyasının keçirdiyi gecədə Arif Məlikovun xor və simfonik orkestr üçün “Vətən” vokal-simfonik poeması, Türkiyənin tanınmış xeyriyyəçisi İhsan Doğramaçıya həsr olunmuş “Yeddinci simfoniya” və xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Səkkizinci simfoniya -“Əbədiyyət” əsərləri səslənmişdir. Bu əsərləri Azərbaycan Dövlət Xor Kapellası ( bədii rəhbər əməkdar incəsənət xadimi Gülbacı İmanova), Azərbaycan Dövlət Simfonik Orkestri ( bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayev), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Səbinə Əsədova ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]