ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti ilə bağlı agentliyin yanında fəaliyyət göstərən Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib.
ARKA-dən AZƏRTAC-a bildirilib ki, görüşdə müsabiqənin mövzuları, iştirak şərtləri, seçim mərhələləri və ümumilikdə müsabiqənin reqlamenti müzakirə olunub. Bədii şura üzvləri tərəfindən müsabiqə ilə bağlı təkliflər irəli sürülüb. Həmin təklif və qeydlər nəzərə alınmaqla reqlamentin hazırlanmasına qərar verilib.
Xatırladaq ki, “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi bu ilin mart ayında Mədəniyyət Nazirliyi ilə ARKA tərəfindən elan olunub.