“Arpaçay” çınqıl-qum qarışığı yatağı hərraca çıxarılıb
Naxçıvan, 28 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) hərraca çıxarılıb.
Keçirilmiş hərracda “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olub.