“Arsenal”ın hücumçusu üç oyunluq cəzalanıb
Bakı, 23 fevral, AZƏRTAC
UEFA-nın İntizam Komitəsi İngiltərənin “Arsenal” komandasının hücumçusu Aleksandr Lakazetti üç oyunluq cəzalandırıb.
AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, fransalı hücumçu UEFA Avropa Liqasında BATE-yə 0:1 hesabı ilə uduzduqları matçında rəqibə dirsək zərbəsi endirdiyi üçün diskvalifikasiyaya məruz qalıb. O, 3:0 hesablı qələbə qazandıqları cavab görüşündə iştirak etməyib. İyirmi yeddi yaşlı forvard Fransa “Renn”i ilə səkkizdəbir final qarşılaşmalarında da meydana çıxmayacaq.
Qeyd edək ki, Aleksandr Lakazett “Arsenal”a 2017-ci ilin yayında Fransanın “Lion” klubundan 53 milyon avroya keçib. Cari mövsümdə o, avrokuboklarda 4 görüşdə iştirak edib və bir qolla yadda qalıb. Həmin qolu qrup mərhələsinin sonuncu turunda Londonda “Qarabağ”ın qapısından keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]