“Arvin” gəmisi batmazdan əvvəl iki hissəyə bölünüb
Ankara, 29 yanvar, AZƏRTAC
Yanvarın 17-də Qara dənizin Türkiyə hissəsində, Bartın bölgəsindəki İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” yük gəmisinin qəzaya uğramasının səbəbi məlum olub. Belə ki, gəmi güclü fırtına səbəbindən ikiyə bölünərək qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə KİV-ləri gəminin iki hissəyə bölünməsini əks etdirən videogörüntülər yayıb.
Qeyd edək ki, Panama dövlət bayrağı ilə üzən “Arvin” Gürcüstandan Bolqarıstana səfər edərkən qəzaya uğrayıb. Güclü fırtınada baş verən qəza nəticəsində müxtəlif ölkələrdən olan heyət üzvlərindən altı nəfər xılas edilib, üç nəfərin meyidi tapılıb, üç nəfəri isə itkin düşüb. Axtarış-xilasetmə işlərini Türkiyə tərəfi həyata keçirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]