ARXANGELSK MERİ RUSİYA PREZİDENTİ OLMAĞI QƏRARA ALMIŞDIR
Donskoy prezidentlik iddiasını oktyabrın 31-də Moskvada mətbuat konfransında bəyan etməyi planlaşdırır. Elə orada o, “Yoxsulluqla ümumrusiya mübarizə fondu” yaratdığını da bildirəcəkdir.
Arxangelsk meri prezident seçkilərinə getmək qərarını bununla əsaslandırmışdır ki, özündə ölkəyə rəhbərlik üçün qüvvə və imkanlar olduğunu hiss edir, regionlarda nələr baş verdiyindən halidir.
Donskoy “Vek” qəzetinə müsahibəsində demişdir ki, bu qərara gəlməzdən əvvəl ona inanan bəzi adamlar - biznesmen və siyasətçilər tərəfindən dəstəklənəcəyinə zəmanət almışdır. O, həmçinin bildirmişdir ki, prezident vəzifəsi uğrunda ölkədə yoxsulluqla mübarizə bayrağı altında mübarizə aparmaq niyyətindədir.
Donskoy Arxangelskin meri vəzifəsinə 2005-ci ilin martında seçilmişdir.
Xatırladaq ki, kommunistlərin lideri Gennadi Züqanov və Rusiya hökumətinin sabiq sədri Mixail Kasyanov da 2008-ci ildə prezidentliyə namizədliklərini irəli sürəcəklərini bildirmişlər.