Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Asan İmza” “PKI-Forum Rusiya 2017” yubiley konfransında təmsil olunub

“Asan İmza” “PKI-Forum Rusiya 2017” yubiley konfransında təmsil olunub

Bakı, 14 sentyabr, AZƏRTAC 

Sentyabrın 12-14-də Sankt-Peterburqda Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən təşkil olunan açıq açar infrastrukturu və elektron imza problematikası üzrə “PKI-Forum Rusiya 2017” beynəlxalq konfransı keçirilib.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, XV yubiley konfransının işinin əsas mövzuları “Açıq açar infrastrukturu və onun əsasında həllərə etibar”, “PKI-da perspektiv texnologiyaların tətbiqinin aktual məsələləri”, “PKI sahəsində standartlaşdırma və elektron rəqəmsal imza”, “Sertifikat xidmətləri mərkəzlərinin fəaliyyəti”, “Elektron imzanın əməliyyat sistemlərində məhdudiyyətsiz tətbiqi, blokçeyn-texnologiyalarda PKI” və sair olub.

Konfransın işində Azərbaycan, Belarus, Qazaxıstan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən çox nümayəndə iştirak edib.

Azərbaycanda Mobile ID Konsorsiumunun və “Asan İmza” mobil elektron imza xidmətinin operatoru “B.EST Solutions Azərbaycan” şirkətinin rəhbəri Yana Krimpe “Mobile ID - Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, “Asan İmza” mobil identitet və imza xidməti dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz şəkildə əlyetərlilik imkanı təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əl imzasına bərabər tutulan elektron imza ilə imzalamağa imkan verir, bu isə imzanı elektron xidmətlərin inkişafı məsələlərində üstün alətlərdən edir. Bu gün “Asan İmza” vasitəsilə elektron vergi bəyannamələrinin verilişi, gömrük xidmətində məhsulların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və sair həyata keçirilir. “Asan İmza” eyni zamanda, özündə yeni inqilabi transsərhəd layihəni əks etdirir.

Bundan əlavə “PKI-Forum Rusiya 2017” konfransında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilib. Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı - özəl əməkdaşlıqla birlikdə yaradılan ilk dövlət “Startup”ı və dövlət tərəfindən ilk zəmanət verilən beynəlxalq ticarət meydanıdır. Bu gün portal ölkəmizdə istehsal olunan məhsulların ixracını dəstəkləyir və “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Yana Krimpe, eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq fərdiləşdirilmiş dövlət blokçeyn texnologiyasının necə reallaşacağını, bütün tranzaksiyaların harada log, imza və vaxt möhürünə malik olacaqlarını konfrans iştirakçılarına nümayiş etdirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində “Azexport.az” portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Sərəncama əsasən, “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq. Həmin Sərəncamın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənib. Əsasnaməyə görə, portaldan gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergiödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə reallaşdırılır.

Konfrans iştirakçılarının xüsusi marağına səbəb olan “mResidence” layihəsi xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa imkan verir. Bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə şərait yaradır. Bu yaxınlarda istifadəyə verilən “AsanDoc.az” portalı sayəsində isə orada audentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” ilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə, portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilib, eləcə də özəl şirkətlərlə sənəd dövriyyəsi prosesi sadələşdirilib. “PKI-Forum Rusiya 2017” konfransının iştirakçılarına “Asan İmza” vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, “Elektron Hökumət” portalının, “Asan Ödəniş” portalının və Azərbaycanın maliyyə sektorunun innovativ xidmətləri təqdim edilib.

Konfransda, həmçinin “B.EST Solutions” şirkətinin satış üzrə direktoru Daniil Qusev də təqdimatla çıxış edib. Onun təqdimatı mobil elektron imza və bu texnologiyanın birgə tətbiqinin perspektivlərinin ümumi məsələlərinə toxunmuşdur. Qeyd edilib ki, bu texnologiya belə layihələrin reallaşdırılmasının uğurlu nümunələrinə, xüsusilə də Estoniya və Azərbaycan təcrübəsinə əsaslanıb.

Qeyd edək ki, Azərbaycanın “Asan İmza” mobil identitet və elektron imza texnologiyası keçən il “PKI-Forum Rusiya 2016” beynəlxalq konfransı çərçivəsində keçirilən açıq açar infrastrukturu üzrə XIV Rusiya müsabiqəsində birinci yerin qalibi olub. “Asan İmza” texnologiyası açıq açar infrastrukturuna əsaslanan rəqəmsal identitet üzrə müxtəlif ölkələrin analoji həlləri sırasında “PKI texnologiyasının inkişafına verdiyi önəmli töhfəyə görə” nominasiyasında qalib seçilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib