ASAN könüllüləri UNICEF-lə birgə sosial yardımları davam etdirirlər
Bakı, 19 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı, Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “Pandemiya dövründə həssas ailələrə dəstək” kampaniyası davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında Bakı, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Xudat, Şabran, Xızı, Siyəzən, Masallı, Lənkəran, Neftçala, Astara, Lerik, Yardımlı və Cəlilabadda yaşayan 500-ə yaxın valideyn himayəsindən məhrum olmuş uşağın, həmçinin əlilliyi olan şəxslərin ailələrinə qida yardımı, o cümlədən COVID-19 pandemiyasından qorunmaq üçün maarifləndirici materiallar təqdim olunub.