ASAN könüllülərindən şəhid xanımlarına diqqət
Bakı, 8 mart, AZƏRTAC
ASAN könüllüləri 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid hərbi qulluqçuların həyat yoldaşlarını təbrik ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“ASAN Könüllüləri” Təşkilatı bütün şəhid analarını, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara səbir, təmkin və dözüm arzulayır.