“ASAN Teatr III” layihəsi həyata keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “ASAN Teatr III” layihəsi həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində 4 tamaşa səhnələşdirilib.
Tamaşalarda yazıçılarımız Sabit Rəhmanın “Xoşbəxtlər”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri-xani-Lənkəran”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri səhnələşdirilib.
Səhnə işlərində 30 ASAN könüllüsü və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 10 tələbəsi iştirak edib.