AŞPA-nın payız sessiyası işə başlayıb
Strasburq, 30 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sentyabrın 30-da öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın açılışındakı çıxışında AŞPA-nın prezidenti xanım Lilian Mori Paskie mərhum Prezident Jak Şirakın Avropa Şurası ilə münasibətlərindən danışıb.
Sessiyanın ilk günüdə Assambleyanın İspaniya üzrə vitse-prezidenti seçiləcək. Komissiyaların tərkibində dəyişikliklər ediləcək. Büro və Daimi Komissiyanın hesabatı dinləniləcək.
Sessiyanın ikinci günü Fransa Prezidenti Emmanüel Makronun çıxışı gözlənilir. Sonra Avropa Şurasının 70 illiyi qeyd ediləcək.
Qurumun komissiya iclaslarında baxılmış hesabatlar dinləniləcək. Avropada əmək miqrasiyası və onun ölkələrdə sosial demoqrafik inkişafa təsiri müzakirə olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]