AŞPA-nın yay sessiyası işə başlayıb
Paris, 25 iyun, AZƏRTAC
İyunun 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir.
Avropa Şurası Parlament Assambleyası yay sessiyası çərçivəsində Xorvatiya və Slovakiyanın baş nazirlərinin, eləcə də Lüksemburqun xarici işlər nazirinin çıxışları gözlənilir. Xorvatiyanın Baş nazirinin müavini və Avropa və xarici işlər naziri qurumun Nazirlər Komitəsinin məlumatını çatdıracaq.
Rumıniyalı deputat Viorel Riçerd Badeanın Azərbaycanda prezident seçkiləri ilə bağlı məruzəsi dinləniləcək.
Assambleyada Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti müzakirə olunacaq.
Xaricdə miqrantların sığınacaq istəmələri və təhlükəsiz sığınacaqların yaradılması məsələlərinə, eləcə də Yunanıstanın miqrasiya siyasəti naziri Dimitrios Vitsasın iştirakı ilə Avropa İttifaqının sığınacaq və miqrasiya siyasətinin “xarici ölçüləri”nin insan hüquqları baxımından nəticələrinə birgə debatlarda baxılacaq.
Sessiyada Avropada məcburi nikaha dair debatlar da aparılacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]