ASTANADA 3-CÜ AVRASİYA ENERGETİKA FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astanada 3-cü Avrasiya Energetika Forumu keçirilmişdir.
Tədbirdə Qazaxıstanın Baş naziri Kərim Məsimov bildirmişdir ki, ölkəmiz bundan sonra da enerji ehtiyatlarının nəqli ilə bağlı Avrasiyanın bütün böyük layihələrdə, o cümlədən Xəzər Boru Kəmərləri Konsorsiumu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qazaxıstan-Çin, Burqas-Aleksandrupulis və Xəzəryanı qaz xətti layihələrində iştirak edəcəkdir. K.Məsimov demişdir ki, 2015-ci ilə qədər Qazaxıstanda ildə 100 milyon ton neft istehsal olunmalıdır, bu il isə ölkədə 70 milyon ton neft hasilatı gözlənilir.
Ötən ilin yekunlarına görə ölkədə 29,6 milyard kubmetr qaz çıxarıldığını söyləyən Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev, 2010-cu ildə bu rəqəmi 42, 2015-ci ildə isə 62 milyard kubmetrə çatdırmaq əzmində olduqlarını diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]