Astananın Beynəlxalq hava limanında qarşılanma
Astana, 30 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlmişdir.
Astananın Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
######
