Astara rayonunda qanunsuz ov edən şəxslər aşkarlanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Astara rayonunda qanunsuz ov edən şəxslər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara sakinləri A.Eyvazov, B.Baxşıyev və Z.Qəhrəmanov saxlanılıblar.
Onlarda qanunsuz olaraq ovladığı altı ədəd çöl quşu, üç ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.