CƏMİYYƏT
ASTARA VƏ LƏNKƏRAN RAYONLARINDA “AZƏRBAYCANDA DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR-TRENİNQLƏR KEÇİRİLMİŞDİR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilmiş təlim məşğələlərində təhsil, səhiyyə və mədəniyyət işçiləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, dini icmaların təmsilciləri, dindarlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Astara rayon mərkəzi kitabxanasında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçının birinci müavini, dini işlər üzrə komissiyanın sədri Məzahim Hüseynov dindarları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanda bütün sahələr kimi, dövlət-din münasibətləri də sivil qaydada inkişaf edir. Bu sahədə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xətti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
DQİDK-nin məsul işçisi Nahid Məmmədov mövzu ilə bağlı məruzə etmişdir.
Seminar-treninqdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, DQİDK-nin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, veteranlar şurasının sədri Nəriman Məmmədov və başqaları ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlərdən, dini icmalara göstərilən dövlət qayğısından ətraflı söhbət açmış, tolenrantlığı ilə bütün dünyada tanınan Azərbaycanda milli- mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasına və onun daha da inkişaf etdirilməsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.