ASTARA XƏBƏRLƏRİ
Astaranın ən böyük yaşayış məntəqələrindən olan Ərçivan kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilən təntənəli mərasimdə çıxış edən rayon təşkilatlarının nümayəndələri, sakinlər, ağsaqqallar bu xeyirxah işin təşəbbüsçüsü, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevə ürəkdən gələn minnətdarlıqlarını bildirmişlər.
X X X
İlin çox vədəsində gur axan Pensərçay üzərində tikilmiş yeni, rahat körpü rayonun Binəbəy, Liyəzi, Güləşə, Təzə məhəllə kəndlərinə və digər yaşayış məntəqələrinə gediş-gəlişi xeyli asanlaşdırmışdır. Tikintiyə rayonun iş adamları fəal maliyyə və texniki kömək etmişlər.
X X X
“Qadın dünyası” ictimai birliyinin təşəbbüsü və Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Ərçivan kəndindəki 3 nömrəli orta məktəb üçün 420 yerlik bina tikilir. Obyektdə inşaat işləri başa çatmaq üzrədir. Bina yeni dərs ilinin başlanması ərəfəsində istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]