Astarada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir
Astara, 20 yanvar (AZƏRTAC). Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Astara şəhərindəki Şəhidlər Xiyabanında keçirilən mərasimdə azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edənlər 24 il əvvəl qanlı Yanvar günlərində öz qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildirmiş, bu faciəyə siyasi və hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən ikisi də astaralı idi. Onlar rayonun Balaca Şahağac kənd sakini, iki uşaq atası Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.
Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endirilmiş, saat 12-də bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik süktla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]