Astarada üç yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib
Astara, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 15-də Astara rayonunda üç yeni məktəb binası - Burzubənd kəndində 360 şagird yerlik ikimərtəbəli yeni məktəb binası, Şəvqo və Xıçaso kəndlərinin hər birində isə 40 şagird yerlik modul tipli binalar müəllim və şagirdlərin ixtiyarına verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər üç təhsil ocağında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb.
Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.