REGİONLAR
Astarada xüsusi karantin rejimini pozaraq məclis təşkil edən şəxs saxlanılıb
Astara, 20 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kənd sakini Ş.Əliyevin xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəliblər. Məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.
Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.
Xüsusi karantin rejimi qaydalarını pozan Ş.Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]