Astronavtika Konqresi gənc mütəxəssislər üçün kosmik elmi platformadır
Milan, 16 oktyabr, AZƏRTAC
Beynəlxalq Astronavtika Konqresi gənc mütəxəssislərin təcrübə qazanması üçün yüksək səviyyəli kosmik elmi platformadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milanda keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin tələbəsi Telman Məmmədov deyib. “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi Milan Konqresinə biomühəndislik bitkiləri ilə mikroqravitasiya mühitində karbonun idarə olunmasına dair elmi məqalə təqdim etdiyini bildirib: “Elmi məqaləm 75-ci Beynəlxalq Astronavtika Konqresinə qəbul olundu. Şadam ki, ölkəmizi belə böyük kosmik elmi platformada təmsil edirəm. Konqresdə iştirakıma dəstək olan “Azərkosmos”a və digər dövlət qurumlarına təşəkkürümü bildirirəm”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]