CƏMİYYƏT
Aşura günündə Səbail rayonundakı məscidlərdə qanvermə aksiyaları keçirilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Aşura günü ilə əlaqədar dekabrın 6-da Səbail rayonundakı məscidlərdə irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımıza yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, məscidlərə ziyarətə gələnlər aksiyada fəallıq göstərmişlər. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun səyyar qanköçürmə laboratoriyasının əməkdaşları könüllü donorlardan müvafiq yoxlamalardan sonra qan götürmüşlər.
Gün ərzində İçərişəhərdəki “Cümə” məscidində 150, “Bibiheybət” məscidində isə 350 nəfər qan vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]