ATƏT-İN NÜMAYƏNDƏLƏRİ QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 27-də Bərdə-Ağdam yolunun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.
Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazisi ilə təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Vladimir Çountulov yerinə yetirəcəklər.