ATƏT PARLAMENT ASSAMBLEYASININ SƏDRİ BAKIYA ĞƏLƏCƏKDİR
ATƏT Parlament Assambleyasının yeni sədri Corc Bryus yaxın vaxtlarda Bakıya gələcəkdir. Milli Məclisin sosial siyasət daimi komissiyası sədrinin müavini Aydın Mirzəzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Bakıya səfərin əsas məqsədi ölkəmizlə yaxından tanış olmaq, Azərbaycan-ATƏT əlaqələrinin daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparmaqdır. Hazırda səfərlə bağlı texniki məsələlər müzakirə edilir.
C.Bryus assambleyanın Dağlıq Qarabağ üzrə məruzəçisi məsələsini də həll edəcəkdir. Assambleyanın keçmiş sədri tərəfindən təyin olunmuş məruzəçinin səlahiyyətlərinin dəqiq göstərilməməsi Azərbaycanın millət vəkillərini ciddi narahat etdiyi üçün onlar məruzəçiyə etirazlarını bildirmişdilər. C.Bryus deyib ki, məruzəçinin səlahiyyətləri, harada olacağı və kimlərlə görüşəcəyi dəqiqləşdirildikdən sonra bölgəyə göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]