DÜNYA
Atlantada odlu silahla 4 nəfər qətlə yetirilib
Vaşinqton, 8 avqust, AZƏRTAC
Corciya ştatının hüquq-mühafizə orqanları Atlanta rayonunda törədilmiş üçqat qətl hadisəsini araşdırırlar.
Dekalb şəhərindən olan serjant C.Spenserin sözlərinə görə, qatil Stoun Mauntin şəhərində iki qadını və bir kişini güllələyib, sonra isə intihar edib.
Polis qatilin özünün cəsədini hadisə yerindən 3 kilometr aralıda tapıb. Polisin fikrincə, qətllər ailə münaqişəsi zəminində baş verib.
AZƏRTAC xəbər verir ki, son iki həftə ərzində ABŞ-da zorakılığın kəskin artması müşahidə olunur. Ötən istirahət günlərində Texasda və Ohayoda kütləvi gülləbaran nəticəsində 30-dan çox adam qətlə yetirilib, əvvəlki həftənin istirahət günlərində Şimali Kaliforniyada keçirilən yay festivalında atışma nəticəsində daha üç nəfər həlak olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]