ATOM ENERJİSİ ÜZRƏ BEYNƏLXALQ AGENTLİYİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR
AZƏRTAC xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfərin məqsədi Azərbaycanda inşası nəzərdə tutulmuş Tədqiqat Nüvə Reaktoru və Qamma Sterilizasiya Qurğusu ilə bağlı yeni layihənin müzakirəsidir. 2009-2011-ci illəri əhatə edən layihələr artıq hazırdır. Bununla bağlı Azərbaycanın dövlət rəsmiləri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında razılıq əldə edilmişdir.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirmişdir ki, tikiləcək qurğuların yeri artıq müəyyənləşmişdir. Bu qurğular əhalinin səhhətinin müdafiəsi məqsədi də daşıyır. Bunu ölkəmizdə səfərdə olan ekspertlər də təsdiqləmişlər .
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sentyabr iclasında Azərbaycanla bağlı layihələrin müzakirəsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]