Azərbaycan Dövlət İnformasiya Agentliyi

Autizmli uşağın anası: Sevgi ilə yazılan uğur səbir və inamla qazanılan həyatın nəticəsidir

Autizmli uşağın anası: Sevgi ilə yazılan uğur səbir və inamla qazanılan həyatın nəticəsidir

Bakı, 1 may, AZƏRTAC

Bəzən həyat bizə elə yol göstərir ki, həmin yolun əvvəlində yalnız qaranlıq görünür. Amma hər addımda, hər nəfəsdə, hər səbir anında o yolun kənarında ümid dolu işartılar görünməyə başlar. Elə bil kainat səni sınağa çəkir və deyir: “Əgər sevirsənsə, dayanma”...

Bir uşağın sükutla danışan baxışlarında gizlənən minlərlə duyğu var. Həmin duyğular ki, sözlərə sığmaz, amma ana qəlbində əks-səda tapar, o da səssizcə... O səssizliyi isə yalnız sevgi ilə pozmaq olar. Autizm – səslərin, rənglərin, toxunuşların fərqli oxunduğu bir dünyadır. Bu dünyanı anlamaq üçün sadəcə baxmaq, görmək, dinləmək, duymaq, yaşamaq deyil, hiss etmək lazımdır. Bəli, sadəcə hiss etmək… AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaq və yeniyetmələr haqqında materiallar silsiləsini davam etdirir. Budəfəki qəhrəmanımız autizm spektr pozuntusundan əziyyət çəkən Talıb Abbaszadədir.

Bəzən duyğularımızı sözlə ifadə etməkdə aciz qalır, susuruq. Bəzən də sükut danışır… Və bir ananın baxışlarında onun qəlbindəki harayı oxuyuruq. Qarşımda əyləşən ana sadəcə övladından danışmırdı, nə də müsahibə xarakterli məqalə üçün cavablar səsləndirmirdi. O, sanki illərdir qəlbində yığılıb qalan duyğularını, susqun fəryadını və ən əsası qürurla boylanan bir hekayəni danışırdı. Gözlərindəki yorğunluq, qəm, kədər bu hekayənin ağırlığını göstərsə də, həyatın sındıra bilmədiyi, ümid dolu baxışları gələcəyə inamından xəbər verirdi . O danışdıqca, otaqda yalnız sözlər deyil, illərin əziyyəti, gecələrin yuxusuzluğu, uşaq təbəssümündə gizlənmiş qalibiyyətlər, gündəlik səbir sınaqları dolaşırdı. O danışdıqca, yazmırdım, sadəcə dinləyirdim. Qələm, sadəcə, vasitə idi, yazılan isə onun həyatı. Və belə doğuldu bu hekayə - səbrin varlığı ilə…

Talıb Abbaszadənin anası Xəyalə oğlunun autizm sindromlu olmasını öyrənməsindən və o gündən sonra həyatının necə dəyişməsindən danışır: “Oğlum autizm sindromu ilə doğulub. İlk dəfə 2 yaş 8 aylığında bizə bu diaqnoz deyildi – “autizm”. Elə bir söz ki, insanın həyatını dəyişəcək böyük bir gücə malikdir. Gözlərin önündə qurduğun gələcək bir anda sönür. Hər tərəfə sükut çökür, səs-səmir kəsilir və ruhən çökürsən. Amma o çöküşdən sonra bir dirçəliş də başlayır. “Sənə ehtiyac var!” deyirdi içimdəki səs: - “Sən lazımsan, Xəyalə. O, sənin övladındır. Onun yolu sən olacaqsan”. Elə o gündən başladım. Hər yerə, hər kəsə, hər ümidə sarıldım. Çünki bilirdim, autizmin dərmanı təlimdir, müalicəsi isə səbir, inam və davamlılıq. Həmin vaxtdan bizim gündəlik həyatımız yaşam dərsləri, məşğələlər, psixoloq dəstəyi, pedaqoqların zəhməti, loqopedlərin qayğısı oldu. O, musiqini sevdikcə bu sahəyə yönəldik, rəsmdə sakitləşdikcə əlinə fırça verdik. Susdu... Susduqca da gözləri danışdı, ürəyimi oxudu. Sözləri təkrarladı, qəlbimi titrətdi”.

“Bu uşaqlar fərqlidirlər. Onlar oynamazlar, ünsiyyət bilməzlər. Ancaq duyğuları, hissləri bizim düşündüyümüzdən qat-qat dərin olur. Sosiallaşma yoxdursa, onu biz yaratdıq. Nitqi gec açılırdısa, səbirlə gözləyirdik…”, - deyir həmsöhbətim.

Ana öz duyğusunu o qədər təsirli izah edir ki…

Talıb gec də olsa, bəzən bir söz belə deyəndə, o söz sanki Xəyalə ana üçün bir ömrün sükutunu pozur. “Onun hər uğuru, hər addımı incə, amma çox möhkəmdir. İdman onun dünyasıdır - əsasən də tennis. Tennis onun üçün çox maraqlıdır. Həftədə üç dəfə məşq edir, güclü idmançı olacağı təəssüratını verir. Səbir etdi, gözlədi, dinlədi və nəticədə qalib də oldu. Gənclər və İdman Nazirliyinin, eyni zamanda, Autizm Assosiasiyasının təşkil etdiyi yarışlarda tennis üzrə birinci yer, qaçış üzrə ikinci yer, velosiped yarışında isə üçüncü yeri tutub”, - deyən Xəyalə ana oğlunun uğurunu sevinclə dilə gətirərkən gözləri yaşarır...

Talıbın güclü musiqi duyumu da var. Bunu isə onun musiqi müəllimi deyib: “Talıb pianinonun qarşısına əyləşdi. Beş əsər səsləndirərək, musiqiləri təqdim etdi. Gözlərini bağladı, barmaqları danışdı. Rəssamlıqda isə fırçaya toxundu, fikirləşdiklərini canlandırdı. Hər fırçasında bir duyğu, hər musiqi notunda sanki bir uğur əzmi var idi. Anladıq ki, belə uşaqlara imkan yaradılmalıdır. Onlar xüsusi qayğı ilə kulinariya, musiqi, idman və digər sahələrdə öz qabiliyyətlərini nümayiş etdirə bilərlər”.

Xəyalə xanım valideynlərə səslənir: “Səbir edin, güclü olun. Tez nəticə axtarmayın. Autizm bir sindromdur, amma zəhmətlə sevgiyə çevrilə bilən bir dünyadır. Qəfil kriz halları yaşana bilir, gözləyin, sakitləşsin. Sonra istədiyini verin. Uşaq başa düşməlidir ki, ağlamaqla, qışqırmaqla heç nə qazanmaq olmaz. Valideyn sevgi ilə, səbirlə, təmkinlə, ardıcıllıqla bu vəziyyətə qalib gəlməlidir. Autizmli uşaqların həyatlarının, fərqli dünyalarının gerçək uğura çevrilməsi üçün valideyn və müəllim birgə işləməlidir. Bu gün mən deyə bilərəm ki, oğlum Talıb bunu bacarıb. Biz birlikdə bacardıq. Hər uğurunun arxasında gecələrin yuxusuzluğu, günlərin yorğunluğu, amma heç sönməyən bir inam durur”.

Onun adı Talıbdır. Qələbəyə talib olan, ona sahib çıxan, onu yaşayan uşaq. Onun adı ümiddir. O, səbrin, inamın, əzmin səsidir. Bütün bunlar isə kiçik bir qəlbin ən böyük qələbəsidir...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO