AVQUSTDA 9225 PARTLAMAMIŞ HƏRBİ SURSAT VƏ MİNA ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin avqustunda yoxlanılmış 1 milyon 231 min 882 kvadratmetr ərazidən 9225 partlamamış hərbi sursat (PHS) və mina aşkar edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlara 339 nəfər canlı qüvvə, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it cəlb edilmişdir.
İndiyədək cəmi 73 milyon 210 min 669 kvadratmetr ərazi təmizlənmiş, 328 min 656 mina və PHS tapılıb zərərsizləşdirilmişdir.
Təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd, Ağstafa rayonlarında aparılır.