AVRO-2024: Avstriya final mərhələsində, Portuqaliya səfərdə Bosniya və Herseqovinanı məğlub edib
Bakı, 17 oktyabr, AZƏRTAC
Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VIII turun növbəti matçları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
B qrupunda Yunanıstan millisi evdə Niderlanda minimal hesabla uduzub. Digər matçda isə İrlandiya səfərdə Cəbəllütariqin qapısından dörd cavabsız top keçirib.
F qrupunda Avropa çempionatına növbəti vəsiqənin sahibi bəlli olub. Avstriya yığması Bakıda Azərbaycan millisinə qalib gələrək, qitə birinciliyində iştirakını təmin edib. Bu qrupun digər görüşündə İsveç səfərdə Belçikanın qonağı olub. Lakin Brüsseldəki silahlı insident nəticəsində iki isveçli azarkeşin qətlə yetirilməsi səbəbindən görüş yarımçıq dayandırılıb. Komandalar ilk hissəsi 1:1 hesabı ilə başa çatan matçın ikinci yarısında meydana çıxmamağa qərar veriblər.
J qrupunda isə üç oyun keçirilib. Portuqaliya səfərdə Bosniya və Herseqovinanı, İslandiya evdə Lixtenşteyni darmadağın edib. Lüksemburq isə doğma meydanda Slovakiyaya uduzub.
AVRO-2024, seçmə mərhələ
VIII tur
16 oktyabr
B qrupu
22:45. Yunanıstan - Niderland - 0:1
22:45. Cəbəllütariq - İrlandiya - 0:4
Xal durumu: Fransa - 18 xal (6 oyun), Niderland - 12 (6), Yunanıstan - 12 (7), İrlandiya - 6 (7), Cəbəllütariq - 0 (6)
F qrupu
20:00. Azərbaycan - Avstriya - 0:1
22:45. Belçika - İsveç - 1:1 (yarımçıq dayandırılıb)
Xal durumu: Belçika - 16 (6), Avstriya - 16 (7), İsveç - 6 (5), Azərbaycan - 4 (6), Estoniya - 1 (6)
J qrupu
22:45. Bosniya və Herseqovina - Portuqaliya - 0:5
22:45. İslandiya - Lixtenşteyn - 4:0
22:45. Lüksemburq - Slovakiya - 0:1
Xal durumu: Portuqaliya - 24 (8), Slovakiya - 16 (8) Lüksemburq - 11 (8), İslandiya - 10 (8), Bosniya və Herseqovina - 9 (8), Lixtenşteyn -0 (8)
Qeyd edək ki, daha əvvəl İspaniya, Şotlandiya, Fransa, Türkiyə, Belçika və Portuqaliya yığmaları Avropa çempionatına vəsiqə əldə ediblər.