AVRO-2024: Azərbaycan - Avstriya oyunu başa çatıb
Bakı, 16 oktyabr, AZƏRTAC
“Avro-2024”ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan oyun Avstriya yığmasının qələbəsi (0:1) ilə başa çatıb.
Yeganə qolu 48-ci dəqiqədə rəqibin heyətində Marsel Sabitzer penaltidən vurub. Bununla da Avstriya "Avro-2024"ün final mərhələsinə vəsiqə qazanıb.