AVROPA BİRLİYİ KUBA İLƏ MÜNASİBƏTLƏRİ BƏRPA ETMİŞDİR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, Avropa Birliyinin üzvü olan ölkələrin xarici işlər nazirləri Kuba ilə diplomatik münasibətləri müvəqqəti olaraq tam həcmdə bərpa etməyi qərara almışlar. Eyni zamanda, AB Kuba lideri Fidel Kastronun ölkə daxilindəki tənqidçiləri ilə əlaqələri möhkəmləndirir.
Xatırladaq ki, 2003-cü ilin martında Kubada 75 dissident həbsə alındıqdan və bərə gəmisini oğurlamaq cəhdində təqsirli bilinən üç kubalı edam edildikdən sonra AB Havana ilə yüksək səviyyədə əlaqələri müvəqqəti olaraq dondurmuşdur. Elə onda AB Avropanın hökumət nümayəndə heyətlərinin Havanaya səfərlərini və mədəniyyət tədbirlərində iştirakı təxirə salmışdır. Dissidentlərin Avropa səfirliklərinə dəvət edilməsinə Kuba hökuməti yeni repressiyalarla cavab verdi.
Kuba ilə əlaqələrin bərpa olunması haqqında qərar bir neçə dissident azadlığa buraxıldıqdan sonra qəbul edilmişdir. AB Havananı bütün dissidentləri azadlığa buraxmağa çağırır.
Avropa Birliyinin Kuba barəsində mövqeyinin yumşalmasında hazırda sosialist Xose Luis Rodriges Sapateronun başçılıq etdiyi İspaniya hökuməti əsas rol oynamışdır. AB Havana ilə münasibətlər məsələsinə baxılmasına bu ilin iyulunda yenidən qayıdacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]