Avropa çempionatında medal qazanan Azərbaycan atıcıları Vətənə qayıdıblar




Bakı, 1 mart, AZƏRTAC
Macarıstanın Dyör şəhərində keçirilmiş güllə atıcılığı üzrə Avropa çempionatında uğurla çıxış edən gənclərdən ibarət Azərbaycan millisi Vətənə dönüb.
Azərbaycan Atıcılıq Federasiyasından (ATF) AZƏRTAC-a verilən məlumata görə, idmançıları Heydər Əliyev Hava Limanında federasiyanın vitse-prezidenti Zemfira Meftahətdinova, Bakı Atıcılıq Mərkəzinin direktoru Tamirlan Hacıyev, federasiya rəsmiləri, media nümayəndələri, məşqçilər, atletlər və ümumi işçi kollektivi qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə üç bürünc medal qazanıb. Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv komanda yarışında, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət komanda isə trio yarışında 3-cü yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [15:38]
AFFA rəsmiləri UEFA-nın tədbirinə qatılıblar
- 23.04.2025 [15:34]
İtaliyalı futbolçu “Arsenal”ı Braziliya klubuna dəyişir
- 23.04.2025 [15:04]
PSJ səfərdə ən uzun məğlubiyyətsizlik seriyası rekorduna imza atıb
- 23.04.2025 [14:14]
Ramin Musayev: İnanıram ki, “Sabah” kubok oyununda “Neftçi”yə qalib gələcək
- 23.04.2025 [14:00]
AFFA İntizam Komitəsi 4 klubu cərimələyib
- 23.04.2025 [13:26]