Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu gününə start verilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu günü başlayıb.
AZƏRTAC xəbər verir ki, festivalın altıncı günündə atletika yarışları səhər sessiyasında baş tutacaq. Səhər sessiyasında atletlər 100 və 2000 metr məsafəyə maneələrlə qaçış, 800 və 1500 metr məsafəyə qaçış, üç təkanla və hündürlüyə tullanma, diskatma və estafet qaçış növlərində final mərhələləri keçiriləcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı mübarizəyə qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.
"EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.