Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında "siyasi məhbus" termini yoxdur
Bakı, 17 noyabr, AZƏRTAC
Avropa İnsan Hüquqları Konvensiyasında, Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında "siyasi məhbus" termini yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov "Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.
"Konvensiyanın 18-ci maddəsinə görə, Konvensiyada nəzərdə tutulmuş məqsədlərdən kənar insan hüquqlarını məhdudlaşdırmaq olar. Əgər burada ictimai maraq varsa, yəni cinayət əməli törədibsə, əlbəttə ki, azadlıqdan məhrum etmək olar. Yox, əgər başqa məqsəd varsa, Konvensiyanın 18-ci maddəsi işə düşür", - deyə L.Hüseynov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]