Avropa İttifaqı birbaşa xarici investisiyaların yoxlanılması qaydalarını təkmilləşdirir
Berlin, 11 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurası və Parlamentinin nümayəndələri birbaşa xarici investisiyaların (FDI) yoxlanılması qaydalarının yenilənməsi üzrə ilkin siyasi razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, yeni çərçivə Aİ üzvlərinə xarici investisiyaların yaratdığı riskləri daha effektiv müəyyən etmək və aradan qaldırmaq imkanı verməklə yanaşı, qlobal ticarət və investisiyalara açıqlığı qoruyacaq.
Yenilənmiş qaydalar bütün üzv dövlətlər üçün minimum ortaq yoxlama sahələrini müəyyən edir. Buraya çoxməqsədli məhsullar və hərbi texnika, süni intellekt və kvant texnologiyaları, kritik xammallar, enerji, nəqliyyat və rəqəmsal infrastrukturda kritik müəssisələr, seçki infrastrukturları və maliyyə sisteminin müəyyən vacib elementləri daxildir.
Həmçinin razılıq milli yoxlamaların ardıcıllığının artırılmasına, investorların inzibati yükünün azaldılmasına və investisiyaların potensial sərhəddənkənar təhlükəsizlik təsirlərini nəzərə alınmasına imkan verir.
Avropanın təhlükəsizliyini gücləndirməklə yanaşı, investorlar üçün də etibarlı və cəlbedici mühit yaratmağı hədəfləyən yeni qaydaların qüvvəyə minməsindən 18 ay sonra tətbiq olunması nəzərdə tutulur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]