Avropa İttifaqı Ukraynanın liman infrastrukturunun bərpasına 50 milyon avro ayıracaq
Kiyev, 26 noyabr, AZƏRTAC
Avropa İttifaqı Ukraynaya 50 milyon avro ayıracaq. Bu vəsait ölkənin liman infrastrukturunun bərpasına sərf olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, oktyabrın sonunda Ukrayna Avropa İttifaqından 1,5 milyard avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını alıb. Artıq noyabrın ortalarında məlum olub ki, Avropa Komissiyası humanitar yardım üçün 110 milyon avro ayıracaq, bunun 100 milyon avrosu Ukraynaya, 10 milyon avrosu isə Moldovada ukraynalı qaçqınların dəstəklənməsinə yönəldiləcək.
Eyni zamanda, Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra 7 il ərzində blokun büdcəsindən 186 milyard avro almaq hüququ qazanacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]