Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün İslandiya klubu ilə qarşılaşacaq
Mingəçevir, 30 noyabr, AZƏRTAC
Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin ilk matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşacaq.
Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Matçı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə edəcəklər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olacaq.
Qeyd edək ki, komandalar arasında hər iki oyun Mingəçevirdə keçiriləcək. Noyabrın 30-da oynanılacaq ilk matçda “Haukar”, ertəsi gün təşkil ediləcək cavab görüşündə isə “Kür” meydan sahibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]