Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

Budapeşt, 25 oktyabr, AZƏRTAC

Avropa Parlamenti oktyabrın 23-də, çərşənbə günü daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib və bu sənəd müstəqil, obyektiv təhlil aparmağı bacaran, necə deyərlər, “buğdanı samandan ayırmağı” bilən hər kəsə bir daha göstərdi ki, avropalı parlamentarilər xroniki hal almış, demək olar ki, “ikiüzlülük” və “ikili standartlar” adlanan sağalmaz xəstəlikdən əziyyət çəkirlər.

Avropa Parlamentinin “RC-B10-0133/2024” saylı sənədində avropalı parlamentarilərin sözdə “insan hüquqları” və “beynəlxalq hüquq” məfhumları kontekstində Azərbaycan növbəti dəfə hücum hədəfi seçilib.

Üstəlik, əgər “insan haqları” ilə bağlı iddiaları birtəhər və sırf dövlət sərhədləri daxilində baş verənlərlə mübahisəli şəkildə aid etmək mümkündürsə, həmin sənəddə yer alan Azərbaycanın sən demə Ermənistana münasibətdə guya “hüquqpozmalarına” yol verməsi ilə bağlı fikirlər paradoksaldır və cəfəng hay-küydən başqa bir şey deyil.

Bütün paradoks da məhz bundan ibarətdir, çünki dövlət müstəqilliyinin bərpasının ilk günündən, hətta bu hadisədən bir neçə il əvvəl - hələ SSRİ dövründə həm ittifaqdaxili, həm respublikadaxili, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması halları mövcud idi və bunu Azərbaycan Ermənistana qarşı deyil, tam əksinə, qarşı tərəf bizə münasibətdə edirdi.

Avropa Parlamentinin üzvləri bu qətnaməni qəbul etməklə, sanki baş vermiş bütün hadisələrin xronologiyasını unudublar və guya Ermənistanın keçmiş SSRİ-nin rəhbərliyinin havadarlığı ilə həmin dövlətin konstitusiya və qanunlarının maddələrinə məhəl qoymaması nəticəsində Azərbaycan SSR-də münaqişənin yaranması bir yana qalsın, beynəlxalq hüququn hər bir prinsipini ələ salması faktlarını da tamamilə unudublar. Onlar, deyəsən, xatırlamırlar ki, bütün bu uzun onilliklər ərzində BMT Təhlükəsizlik Şurasının erməni tərəfini öz qoşunlarını çıxarmağa, yəni, beynəlxalq hüquqa hörmət göstərməyə çağıran dörd qətnaməsi icra olunmadan havadan asılı qalmışdı. Həqiqətən, BMT Təhlükəsizlik Şurasının məhz bu qətnamələrində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi yer alırdı ki, bu da həmin regionun bütün dünya tərəfindən dövlətimizin suveren ərazisinin bir hissəsi kimi birmənalı şəkildə tanınmasını, həmin ərazidə onun Konstitusiyasının qüvvədə olmasının zəruriliyini təsbit edirdi. Amma bütün bu müddəalar de-fakto qüvvədə deyildi. Belə bir vəziyyəti başqa nə ilə izah etmək olar? Axı 2020-ci il Vətən müharibəsindən əvvəlki bütün illərdə qəbul edilmiş başqa qətnamələr, bəyannamələr də olub və onlardan da belə nəticə çıxır ki, beynəlxalq hüquq pozulub və bunu Azərbaycan deyil, Ermənistan edib.

Bütün bu reallıqlardan sonra Avropa Parlamenti bədahətən keçmiş təcavüzkar dövlətin, sülh sazişinin (yeri gəlmişkən, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən) imzalanmaması üçün bütün hoqqalardan çıxan indiki inadkar ölkənin tərəfini saxlayan qətnamə qəbul edir. Həmin dövlət Ermənistandır.

Bu parlamentarilərə neçə dəfə izah etmək olar ki, Azərbaycanda nə hərbi əsir, nə də siyasi məhbus yoxdur. Bütün hərbi əsirlər Ermənistanın 2020-ci ilin noyabrında təslim olmasından sonra ilk həftə ərzində azad edilib. Əgər kimlərsə Azərbaycan həbsxanalarında saxlanılırsa, bu, yalnız hərtərəfli araşdırmadan sonra və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş sübuta yetirilən cinayətlərə görə məhkəmənin hökmü ilə həyata keçirilir. İctimaiyyətə açıq olan bu məcəllədə isə siyasi baxışlara görə təqibi nəzərdə tutan heç bir maddə yoxdur. Son qətnaməyə səs verənlərin “vicdan məhbusu” hesab etdikləri şəxslərin cinayət işlərinin materialları ilə tanış olmaq doğrudanmı bu qədər çətindir? Axı bunu etmək olardı!

Onsuz da heç bir qüvvəsi olmayan (nəinki hüquqi, hətta mənəvi-psixoloji) bu qətnamənin “öz gözündə tiri görməmək” kateqoriyasına aid olduğu tamamilə aydındır. Biz artıq Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyətin acınacaqlı olması barədə dəfələrlə yazmışıq. Hər gün Aİ-nin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin iştirak etdiyi hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Demək olar ki, bu cür əməllər təşviq olunur! Fikrinizi yerli medianın səhifələrində və ya televiziya ekranlarında bildirməyə çalışmayın, çünki bütün qapılar müxaliflərə və Avropa İttifaqı daxilində mövcud olan pislikləri göstərmək istəyənlərə bağlıdır. Bu, bir tabudur! Xüsusilə hökumətləri və ümumilikdə Avropa İttifaqını tənqid etmək qəbuledilməzdir. Həddindən artıq nadir hallarda, yalnız heç kimin sizi eşitmədiyi yerlərdə buna icazə verilir. Belə anormal vəziyyət fonunda həmin avropalı parlamentarilər hələ başqa ölkələri söz azadlığının “pozulmasında” da ittiham etməyə cəsarət edirlər.

Bu ittihamlar ifadə azadlığına senzuranın olmadığı, Avropa İttifaqından fərqli olaraq, dövlətin hətta müxalif media qəzetlərinə, saytlarına və kanallarına dəstək verdiyi Azərbaycana münasibətdə xüsusilə komik səslənir.

Odur ki, çərşənbə günü, oktyabrın 23-də qəbul edilən qətnamə ilə bağlı xəbərlər (üstəlik, korrupsiya bataqlığına batmış Avropa Parlamenti tərəfindən) yalnız istehzalı təbəssüm doğura bilər.

Necə deyərlər, külək əsər, karvan keçər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV