AVROPA VOLEYBOL KONFEDERASİYASININ VİTSE-PREZİDENTİ XANIM RİTA OOMSUN ÇIXIŞI
- Hörmətli cənab Prezident!
Azərbaycan Voleybol Federasiyasının hörmətli prezidenti!
Hörmətli voleybolçular, rəsmi nümayəndələr və əziz qonaqlar!
Avropa Voleybol Konfederasiyası adından sizi Azərbaycanın Quba
şəhərində salamlayıram. Azərbaycan Voleybol Federasiyasının bu mötəbər beynəlxalq yarışın lazımi səviyyədə hazırlanmasından biz qürur hissi duyuruq. Çünki bu, həm də idmanın bizim hamımızı birləşdirdiyini vurğulayan bir amildir. Mən əminəm ki, bu həftə biz idman salonunda həyəcanlandırıcı oyunların şahidi olacağıq. Avropanın 8 ən güclü komandası gələn il keçiriləcək “Qran-pri” turnirində iştirak etmək üçün ilk üç yer uğrunda mübarizə aparacaqdır. Mən təşkilat komitəsinin bütün üzvlərinə, rəsmi nümayəndələrə və komandalara uğurlar arzulayıram. Ümid edirəm ki, bu günlər Qubanın idman salonunda çoxlu voleybol həvəskarları ilə rastlaşacağıq.
Ən sonda mən idmana, xüsusilə də voleybola çox diqqət yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Biz son dörd ildə Azərbaycanda voleybolun necə inkişaf etdiyinin canlı şahidiyik.
Diqqətinizə görə çox sağ olun!
X X X
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi. Yarışların rəsmi açılışı elan olundu. Komandalar stadionu tərk etdikdən sonra yaşıl meydançaya el pəhləvanları, balaca idmançılar çıxaraq məharətlərini göstərdilər. Açılış mərasimi konsert proqramı ilə başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdən sonra Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Rita Oonsla səmimiyyətlə görüşdü.
İyulun 26-da yarışların ilk oyunları keçiriləcəkdir. Azərbaycan voleybolçuları bolqarlarla, Türkiyə voleybolçuları isə Almaniya komandası ilə qarşılaşacaqlar.