Avropanın nüfuzlu nəqliyyat-logistika portalı “TURKUAZ” layihəsindən yazıb
Bakı, 13 iyul, AZƏRTAC
Avropanın nəqliyyat-logistika üzrə nüfuzlu media portalı “intermodalnews.eu” “ADY Konteyner” şirkətinin Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul - “TURKUAZ” layihəsi barədə yazı dərc edib.
Bu barədə AZƏRTAC-a “ADY Konteyner” MMC-dən bildirilib.
Xatırladaq ki, “TURKUAZ” layihəsi çərçivəsində Türkiyədən yola salınan ilk konteyner blok qatarı Bakıya bu il aprelin 14-də çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarət olub. Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac-idxal yükləri daşıyan qatarların müntəzəm olaraq fəaliyyət göstərməsi həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcminə əhəmiyyətli təsir göstərib. Belə ki, bu ilin 6 ayı ərzində BTQ ilə artıq 11 min 84 TEU konteyner daşınıb ki, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 min 748 TEU) yaxındır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]