Avropanın Qazaxıstana yatırdığı investisiyaların ümumi həcmi 200 milyard dolları ötüb
Astana, 23 fevral, AZƏRTAC
2005-ci ildən etibarən Avropanın Qazaxıstana yatırdığı investisiyaların ümumi həcmi 200 milyard ABŞ dollarını ötüb.
Bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov məlumat verib. AZƏRTAC bu ölkənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, o, bu bəyanatı Avropa İttifaqının səfirlərindən, həmçinin İsveçrə, Böyük Britaniya və Kanadanın diplomatlarından ibarət nümayəndə heyəti ilə birlikdə Qızılordaya səfəri zamanı səsləndirib.
Nazir müavini vurğulayıb ki, Avropa İttifaqı Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, belə ki, Mərkəzi Asiya ilə Aİ arasında ümumi ticarətin təxminən 80 faizi Qazaxıstanın payına düşür.
A.Kuantırov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) nəqliyyat bağlantısı kontekstində və Aİ-nin “Global Gateway” strateji təşəbbüsünün həyata keçirilməsi baxımından Qızılorda vilayətinin yüksək əhəmiyyətini qeyd edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]