Avstraliyada vərəm vaksini koronavirusa qarşı sınaqdan keçiriləcək
Bakı, 16 aprel, AZƏRTAC
Avstraliyada koronavirusla mübarizədə əvvəllər vərəmə qarşı hazırlanmış Bacillus Calmette-Guerin (BCG) vaksininin klinik sınaqlarında ən azı 4 min tibb işçisi iştirak edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə sınaqlara rəhbərlik edən Merdok Tədqiqat Uşaq İnstitutunun professoru Naycel Kertis məlumat verib.
Son günlər dünyada koronavirus infeksiyasının yayılması fonunda mütəxəssislər vaxtilə BCG peyvəndinin aparıldığı regionlarda COVID-19 xəstəliyinə yoluxma hallarının az olduğunu müşahidə ediblər.
Qeyd edək ki, BCG ilə hər il dünyada 130 milyondan çox uşaq peyvənd olunur. Alimlər hesab edirlər ki, bu peyvənd immunitetə müsbət təsir göstərir və virusun simptomlarını yüngülləşdirir.
Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 14:40-a olan məlumatına əsasən, dünyada 2 milyon 94 mindən çox yoluxma və 135 min 564 ölüm faktı qeydə alınıb, 520 min 930 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Avstraliyada indiyə qədər yeni koronavirusa yoluxanların sayı 6 min 400 nəfəri ötüb, 63 nəfər ölüb, sağalanların sayı isə 3 min 747 nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]