AVSTRALİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB CON UİNSTON HOVARDA
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Avstraliya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətlərinin, ikitərəfli əlaqələrimizin inkişafı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 yanvar 2005-ci il.