Avstriya Türkiyəyə yardım göndərən ölkələr sırasına qoşulub
Vyana, 7 fevral, AZƏRTAC
Avstriya Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə yardım edən dövlətlər sırasına qoşulub.
AZƏRTAC xəbər verir ki, Federal Kansler Karl Nehammer bu barədə açıqlama verib. O bildirib ki, Avstriyanın xaricdəki təbii fəlakətlərə yardım fondundan üç milyon avro ərazidəki yardım təşkilatlarının fəaliyyətinin təşkili üçün ayrılıb.
Həmçinin qeyd edilib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) dəvəti ilə Avstriyadan 25 nəfərlik xüsusi axtarış-xilasetmə qrupu Türkiyəyə yola düşüb. Eləcə də 80-dən artıq federal ordu əsgəri zəlzələ bölgəsində xilasetmə işlərində iştirak etmək üçün AFAD tərəfindən təsdiq gözləyir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]