Avstriyada cinayətkarlığın səviyyəsi yarıbayarı azalıb
Vyana, 19 may, AZƏRTAC
Koronavirus böhranı başlayandan Avstriyada cinayətkarlığın səviyyəsi yarıyadək azalıb.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında martın 16-dan mayın 3-dək olan dövrdə kibercinayətlərin, eləcə də məişət zəminində törədilən zorakılıq hallarının sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığını bildirib. Qeyd edib ki, bunun əvəzində isə əmlaka qarşı törədilən cinayətlər (mənzil oğurluğu, avtomobil oğurluğu, cibgirlik və s.) azalıb. Ölkənin bütün sərhədlərinin bağlanması, pandemiya ilə əlaqədar insanların evdə qalmaları bu qəbildən cinayətlərin azalmasına səbəb olub.
Cinayətkarlığa Qarşı Mübarizə üzrə Federal İdarənin rəhbəri Qerhard Lanq isə qeyd edib ki, son iki ayda cinayət hadisələri ilə bağlı daxil olan məlumat və şikayətlərin sayı 46,4 faiz azalıb. Ötən ilin müvafiq dövründə daxili işlər orqanlarına 52 min 618 cinayət üzrə şikayət daxil olduğu halda, bu il müvafiq müddətdə şikayətlərin sayı 28 min 208-ə düşüb.
Klassik cinayətlərə nisbətdə internet cinayətlərinin artmasında əsas istiqamət saxta onlayn satış saytları olub. Saxta maska və dərman preparatları təklif edən “fakeshop“ların sayı son iki ayda 27,4 faiz artıb və 1110 hal üzrə cinayət işi açılıb.
Yekunda bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə riayət olunmadığına görə 32 min 960 hal üzrə müxtəlif cəza və cərimələr tətbiq edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]