Avstriyada koronavirusa qarşı ilk peyvəndləmə gələn ilin yanvar ayında baş tuta bilər
Vyana, 2 sentyabr, AZƏRTAC
Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober koronavirusa qarşı peyvəndin tətbiqi ilə bağlı proqnoz verərkən, gələn ilin yanvar ayında bu ölkədə ilk peyvəndləmə prosesinə başlana biləcəyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, nazir bu ilin sonunadək 300 min nəfər üçün nəzərdə tutulan 600 min ampuladan ibarət ilk tranş ölkəyə gətirilə bilər. Bunun baş tutması üçün əczaçılıq şirkətlərinin çatdırılmanı vaxtında həyata keçirməsi və peyvənd üçün müvafiq lisenziyaların verilməsi əsas şərtlərdir.
Nazir qeyd edib ki, peyvəndin birinci partiyası əsasən səhiyyə işçiləri üçün nəzərdə tutulub. Hazırda müxtəlif istehsalçı şirkətlərin beş peyvənd maddəsinin koronavirus əleyhinə peyvəndləmə prosesində tətbiqi mümkündür. Gələn ilin yayından etibarən isə Avstriyada istənilən şəxs koronavirusa qarşı peyvənd vurdura biləcək. Nazir bir daha vurğulayıb ki, peyvəndləmə məcburi xarakter daşımayacaq, hər bir vətəndaş bu məsələdə özü sərbəst seçim edə biləcək.
R. Anşober peyvənd maddələrinin virusdan hansı dərəcədə qoruya biləcəyi və təsir müddətinin nə qədər davam edəcəyi barədə sualları cavablandırmayıb.
Həmçinin qeyd edilib ki, qarşıdakı aylarda pandemiyanın ikinci dalğasının qarşısını almaq üçün ölkədə infeksiyalı xəstəliklərə qarşı bir sıra tədbirlər görüləcək, qrip əleyhinə peyvənd uşaqlar üçün pulsuz olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]