AVSTRİYADA TURİST AVTOBUSUNUN QƏZAYAUĞRAMASI NƏTİCƏSİNDƏ 6 SƏRNİŞİN ÖLMÜŞ,40 NƏFƏR AĞIR YARALANMIŞDIR
Almaniya polisinin verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Dürnberq-Münxen yolunda baş vermişdir. Yoldakı görüntünün pis olmasına məhəl qoymayan sürücü avtobusu böyük sürətlə idarə etmiş və nəticədə yoldan çıxan avtobus dərəyə düşmüşdür. Avtobusun 48 sərnişinindən 43 nəfəri İngiltərə, iki nəfəri Rusiya, ikisi Almaniya, sürücüsü isə Avstriya vətəndaşıdır.
Hadisə yerinə gələn yangınsöndürən, polis və təcili yardım maşınları 40 ağır yaralını xəstəxanalara daşımışlar. Yaralılardan 7 nəfərin həyatı təhlükə qarşısındadır.